Egzemanın (Atopik Dermatit) Səbəbləri Nələrdir?
Ekzemanın səbəbləri arasında genetik və ətraf mühit faktorları ola bilər. Xəstələrin bəzilərində genetik ötürülmə nəticəsində allergiya inkişaf edə bilər; Bu allergiya həm də ekzema üçün zəmin hazırlaya bilər.
Uşaqlarda və böyüklərdə ekzema;
Allergiya, stress və həddindən artıq vasvasılıq səbəbiylə də görülə bilər. Xüsusilə evdar qadınlarda, inşaatçılarda, bərbərlərdə və təmizlik işçilərində müşahidə oluna bilər.
Egzemanın (Atopik dermatit) simptomları hansılardır?
Ekzemanın simptomları insandan insana fərqli olsa da, körpələrdə və kiçik uşaqlarda lezyonlar adətən dirsəklərdə, dizlərdə, baş dərisində və üzdə görünür.Yaşlı uşaqlarda və böyüklərdə lezyonların ən çox görülən sahələri əllər, ayaqlar, daxili qollar və dizlərin arxa hissəsidir.
Simptomlara aşağıdakılar daxil ola bilər:
Egzema (Atopik dermatit) necə diaqnoz qoyulur?
Dermatoloq müayinənin nəticələrinə və dəridə olan əlamətlərə əsasən ekzema diaqnozunu qoya bilər.Bundan əlavə, ekzeması olan insanlarda ümumi olan bəzi allergik şərtləri aşkar etmək üçün qan testi kimi bəzi allergiya testləri tələb oluna bilər.
Müalicə zamanı hansı dərmanlardan istifadə olunur?
Egzemanın müalicəsinə başlamazdan əvvəl onun hansı növü olduğu müəyyən edilməlidir. Müalicə üsulları xəstəliyin gedişindən və daha əvvəl təkrar olub-olmamasından asılı olaraq dəyişə bilər. Misal üçün; Seboreik ekzema şampun və xüsusi losyonlarla müalicə edilə bildiyi halda, atopik ekzemada ilk olaraq xəstəyə kortizon dərmanları və ya kremlər verilə bilər.