Xəbərlər

Yay Allergiyaları: Mövsümi Narahatlıqlara Qarşı Hazırlıqlı Olun.

Yay Allergiyaları: Mövsümi Narahatlıqlara Qarşı Hazırlıqlı Olun.

Yay aylarında açıq havada istirahət və təbiətlə təmas daha da artır. Lakin allergiyadan əziyyət çəkən insanlar üçün bu dövr müəyyən narahatlıqlarla keçə bilər. Mövsümi allergiyalara səbəb olan başlıca amillər arasında ot polenləri, kif göbələkləri, günəş şüalarına qarşı dəri həssaslığı və həşərat sancmaları yer alır.

Yay aylarında allergik reaksiyalar özünü daha çox asqırma, burun axıntısı, göz qaşınması və yaşarması, dəri səpkiləri, günəşlə təmasdan sonra qızartı və həşərat sancmalarından sonra yaranan şişkinlik ilə göstərir.
Simptomları minimuma endirmək üçün açıq havada səhər saatlarında olmaqdan çəkinmək, çöldən qayıtdıqdan sonra geyimləri dəyişmək və duş qəbul etmək, günəşdən və həşəratlardan qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.
Klinikamızda allergiyanın səbəblərinə yönəlmiş fərdi və təbii yanaşmalar tətbiq olunur. Erkən tədbir və düzgün müalicə ilə yay fəslindən rahat və təhlükəsiz şəkildə zövq almaq mümkündür.

Qəbula yazılmaq üçün zəhmət olmasa, formu doldurun

QƏBULA YAZIL